“Neftçi” klubunun hədəfində olan futbolçu yeni komandası ilə anlaşdı
12.01.2009 - 13:06
“Neftçi” klubunun hədəfində olan futbolçu yeni komandası ilə anlaşdı
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovu baxışdan keçirən Türkiyənin “Kocaelispor” klubunun problemləri iki gündən sonra həll oluna bilər. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisinin prezidenti Serhan Gürkan Böyük şəhər bələdiyyəsindən maliyyə probleminin həlli üçün alınacaq yardımı gözləməkdə olduqlarını bildirib. Bu idarədə paranın hələ olmadığından kocaelililər yanvarın 14-də “İzqaz” şirkətindən gələcək pula ümid edir. 27 yaşlı müdafiəçi hələ də baş məşqçisiz hazırlıq keçsə də, Gürkan yeni çalışdırıcı məsələsinin həll olunduğunu vurğulayıb. Klub prezidenti pulun gəlməsinə qədər gözləyəcəklərini və yalnız bundan sonra baş məşqçi ilə rəsmən anlaşmağı zəruri sayır. Əvəzində komandanın iki futbolçusu özünə yeni komanda tapıb. Adı “Neftçi”nin də transfer siyahısında olan Taner Gülləri “Əskişəhərspor”la ilkin razılığa gəlib ki, buna əsasən hücumçu yarım mövsümə 600 min türk lirəsi qazanacaq. Onun komanda yoldaşı Volkan Bekiroğlu isə “Bursaspor”la il yarımlıq anlaşıb.
0