“Karvan” dövrələrarası fasilədə ilk transferini rəsmiləşdirdi
12.01.2009 - 13:45
“Karvan” dövrələrarası fasilədə ilk transferini rəsmiləşdirdi
Azərbaycan yığmasının sabiq futbolçusu Murad Ağakişiyev karyerasını Yevlaxın “Karvan” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi yeni komandasıyla altı aylıq müqavilə bağlayıb. Bununla, “Karvan” dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib.
Qeyd edək ki, Murad karyerası ərzində az öncə ayrıldı “Qarabağ”la yanaşı “Şəfa”, MOİK, “MKT-Araz” klublarında çıxış edib.
0