Türkiyə və Ermənistan Futbol Federasiyaları “Fair Play” mükafatına layiq görüldü
12.01.2009 - 15:20
Türkiyə və Ermənistan Futbol Federasiyaları “Fair Play” mükafatına layiq görüldü
Türkiyə və Ermənistan Futbol Federasiyaları “Fair Play” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, bunu bəyan edən FİFA prezidenti Yozef Blatter hər iki futbol qurumunun ötən ilki fəaliyyətini yüksək qiymətləndirib. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bir qrupa düşən Türkiyə və Ermənistan milli komandalarının ilk görüşü ötən ilin sentyabrın 6-da İrəvanda baş tutmuşdu. Türklərin 2:0 hesabı ilə qələbə qazandığı oyunu hər iki ölkənin prezidenti Abdulla Güllə Serj Sarkisyan “Razdan” stadionundan canlı izlədi. Hər iki federasiyaya “Fair Play” futbolun vasitəsi ilə sülhün möhkəmlənməsinə görə veriləcək. Bununla bağlı futbol qurumlarına dəvətnamələr göndərilib.
0