“İnter”də yeni futbolçu
12.01.2009 - 16:59
“İnter”də yeni futbolçu
Bakının “İnter” klubu daha bir afrikalı futbolçunu baxışdan keçirir. Komandanın baş məşqçisi Valentin Xodukin apasport.az saytına açıqlamasında tunisli orta sahə oyunçunun ardından Kabo-Verdedən müdafiəçini sınadığını bildirib. Cinah yarımmüdafiəçisinə ehtiyac olduğundan tunislini geri qaytaran ukraynalı mütəxəssis yeni legionerə sabah şans verəcək: “Corc Pino əslən Kabo-Verdedən olsa da, Portuqaliya vətəndaşlığını daşıyan pasportu var. Onun vətənində rəsmi dövlət dili portuqaldır. 1981-ci il təvəllüdlü Pino ucaboylu mərkəz müdafiəçisidir, yaxşı fiziki göstəricilərə malikdir. Son vaxtlar Kiprdə çıxış edən bu arxa xətt oyunçusunu sabah Rusiyanın “Tom” klubu ilə yoxlama oyununda meydana buraxacağam. Yeni transferimiz olan gənc müdafiəçi Orxan Məmmədovu da bir hissə yoxlamaq fikrindəyəm”.
0