Bakının ən güclü pəhləvanları
12.01.2009 - 19:48
Bakının ən güclü pəhləvanları
“ABU-Arena” İdman Kompleksində keçirilən sərbəst güləş üzrə yeniyetmələr və gənclər arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1993-94-cü il təvəllüdlü yeniyetmələrin yarışında Ozal Niyazov (42 kq), İxtiyar Quliyev (46 kq), Dilqəm Əliyev (50 kq), Nicat Mərdanlı (54 kq), Hüseyn Nəsirov (58 kq), Ruslan Şükürov (63 kq), Mircəfər Murtuzlu (69 kq), Rafiq Nəsirov (76 kq), Emin Şəmiyev (85 kq) və Çoşqun Kərimzadə (100 kq) qızıl medallara layiq görülüb.

Gənclərin yarışına isə 1991-92-ci təvəllüdlü pəhləvanlar qatılıb. İkigünlük mübarizənin sonunda Əlisa Abbasov (50 kq), Nicat Muradov (55 kq), Orxan Xıdırov (60 kq), İlqar Ağayev (66 kq), Zəlimxan Eminov (74 kq), İmamverdi Əliyev (82 kq), Niyyaməddin Musayev (96 kq) və Seymur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yunan-Roma üsulunda güləşən yeniyetmə və gənclər arasında çempionatın nəticələri daha öncə bəlli olmuşdu.
0