Olimpiya çempionumuz Qran-Pri turnirindən kənarda qaldı
13.01.2009 - 13:50
Olimpiya çempionumuz Qran-Pri turnirindən kənarda qaldı
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunan sərbəst güləş üzrə Qran-Pri turniri keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 9 pəhləvan qoruyacaq.

Yanvarın 23-də start götürəcək Qran-Priyə Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəlal Süleymanov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Hacı Əlicanov (84 kq), Mehman İmanquliyev (96 kq) və Əli İsayev (120 kq) aparılacaq. Baş məşqçi Maqomedxan Aratsilov sözünün üstündə duraraq, Sidney Olimpiadasının qalibi Namiq Abdullayevi heyətə cəlb etməyib. Buna 37 yaşlı güləşçinin son yarım ildə heç bir yarışa qatılmaması səbəb olub.
İvan Yarıgin turnirində həmyerlimiz Zakir Məmmədov hakim funksiyasını yerinə yetirəcək. Qran-Pri yanvarın 25-də başa çatacaq.
0