Dünyanın ən varlı futbol adamları
14.01.2009 - 12:40
Dünyanın ən varlı futbol adamları
Nüfuzlu “Forbes” jurnalı dünyanın ən varlı futbol adamlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, reytinq cədvəlində ilk pilləni Krasnodarın “Kuban” klubunun prezidenti, rusiyalı sahibkar Oleq Deripaska tutur. 41 yaşlı iş adamının varidatı 28 milyard ABŞ dollarına bərabərdir.

Maliyyə böhranı ucbatından xeyli pul itirən Roman Abramoviç isə ikinci sırada qərarlaşıb. Bundan başqa, ilk “onluq”da maraqlı isimlər yer alıb.


1. Oleq Deripaska (“Kuban”, Rusiya) - 28 milyard dollar
2. Roman Abramoviç (“Çelsi”, İngiltərə) - 23,5 milyard
3. Lakşmi Mittal (QPR, İngiltərə) - 20,5 milyard
4. Amansio Orteqa (“Deportivo”, İspaniya) - 20,2 milyard
5. Fransis Pinal (“Renn”, Fransa) - 16,9 milyard
6. Paul Allen (“Sittl Saunders”, ABŞ) - 16 milyard
7. Silvio Berluskoni (“Milan”, İtaliya) - 9,4 milyard
8. Əlişir Usmanov (“Arsenal”, İngiltərə) - 9,3 milyard
9. Filip Anşut (“Los Anceles Qalaksi”, “Hyuston Dinamo” - hər ikisi ABŞ, “Hammarbü” İsveç) - 8 milyard
10. Con Fredriksen (“Valerenqa”, Norveç) - 8 milyard
0