Ayağı kəsilən məşhur futbolçu iki qol vurdu - FOTO
14.01.2009 - 14:33
Ayağı kəsilən məşhur futbolçu iki qol vurdu - FOTO
2006-cı ildə ayağı kəsilən Uruqvay yığmasının sabiq hücumçusu Dario Silva futbola qayıdıb. Apasport.az saytının məlumatına görə, Silva məşhur uruqvaylı və argentinalı futbolçuların kurort şəhəri Punta-del-Estedə keçirilən xeyriyyə matçında meydana çıxıb. Bu azmış kimi, hücumçu vurduğu iki qolla komandasına qələbə qazandırıb. Oyun kimsəsiz uşaqlara yardım edən xeyriyyə fondu tərəfindən təşkil edilib ki, bunun da yaradıcılarından biri elə Darionun özüdür.

Qeyd edək ki, Silva 2006-cı ilin sentyabrında idarə etdiyi avtomobillə işıq dirəyinə girib. Qəza nəticəsində futbolçu ciddi zədə aldığından, həkimlər onun sağ ayağını dizindən kəsməli olub. Bundan sonra Dario ayağına protez taxmalı olub.
0