Tuncay Şanlını sevgilisindən ayırdılar - FOTO
16.01.2009 - 12:00
Tuncay Şanlını sevgilisindən ayırdılar - FOTO
Türkiyə yığmasının və İngiltərənin “Middlsbro” klubunun futbolçusu Tuncay Şanlı gələcək həyat yoldaşı Selen Sevigenin yanında çətin vəziyyət düşüb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu yaxın günlərdə nişanlanacağı və ailə həyatı quracağı Selenlə birgə Atatürk Hava Limanında qəflətən jurnalistlərin əhatəsinə düşüb.

Bu zaman fotoqraflar Londona uçmağa hazırlaşan cütlüyün şəklini çəkməyə başlayıblar. Əsəblərini cilovlaya bilməyən Tuncay qəribə də olsa, sevgilisindən aralanaraq, obyektivlərdən qaçmağa çalışıb.

Qeyd edək ki, Selen Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədr müavini, deputat Mehmet Sevigenin qızıdır. O, İngiltərə və ABŞ-da musiqiçilik və aktyorluq ixtisasları üzrə təhsil alıb, vətənində bir neçə filmə çəkilib. Tuncayla Selenin toyu bu ilin iyununda, İngiltərə Premyer Liqası başa çatdıqdan sonra olacaq.
0