Tuncay ilin futbolçusu seçildi
16.01.2009 - 15:15
Tuncay ilin futbolçusu seçildi
İngiltərənin “Middlsbro” klubunun 2008-ci il üçün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün komandanın azarkeşləri arasında sorğu keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı Premyer Liqa təmsilçisinin ən yaxşı oyunçusu seçilib. Lakin mükafatlandırma üçün təşkil olunan tədbirdə Tuncay üçün nəzərdə tutulan hədiyyəni Emanuel Poqatets alıb. Belə ki, həmin vaxt hücumçu FİFA-nın Türkiyə yığmasına İsveçrənin Sürix şəhərində təqdim etdiyi “Fair Play” mükafatını almaq üçün klubun düşərgəsini tərk etmişdi. Klubun avstriyalı kapitanı isə Tuncay haqda bunları deyib: “Tuncay çox müsbət xarakterə malik, iddialı futbolçudur. Enerjisini və hirsini meydanda qoyan hücumçumuz komandanın əsl lideridir. Düşünürəm ki, o hələ uzun müddət komandamızda oynamaqdan xoşbəxtlik duyacaq”.

Qeyd edək ki, Tuncay FİFA-nın tədbirinə Türkiyə millisinin yeni kapitanı kimi qatılmışdı.
0