“İnter”in “Birlik Kuboku”nda oyunlarını hansı kanal göstərəcək?
16.01.2009 - 16:16
“İnter”in “Birlik Kuboku”nda oyunlarını hansı kanal göstərəcək?
Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Kompaniyası Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin oyunlarını yayımlayacaq. Apasport.az saytının məlumatına görə, bu kanal Azərbaycan çempionunun yanvarın 18-də Finlandiyanın “İnter”, 20-də Latviyanın “Ventspils” klubları ilə “Olimpiya” manejində keçiriləcək görüşlərinin videoyazısını göstərəcək. Hər iki matç başlanandan 4 saat sonra - Bakı vaxtı ilə saat 18:00-da efirə veriləcək. Azərbaycan və Latviya çempionlarının görüşünün yayımı Moldovada da böyük maraqla gözlənilir. Hətta orada “İnter” – “Ventspils” oyunu “Moldova derbisi” kimi qələmə verilir. Məsələ ondadır ki, moldovalı futbolçulardan “İnter”də İon Testimitsianu ilə Oleq Şişkin, “Ventspils”də İqor Tsıqırlaşla Aleksandr Dedov çıxış edir.
0