“Rəşad Sadıqov özünü pis hiss edirdi, mənə heç nə deməyib komandadan getdi”
16.01.2009 - 17:39
“Rəşad Sadıqov özünü pis hiss edirdi, mənə heç nə deməyib komandadan getdi”
Türkiyənin “Kocaelispor” klubunda baxışda olan həmyerlimiz Ramal Hüseynov yığmamızın kapitanı Rəşad Sadıqovun komandadan getməsi barədə açıqlama verib. O, apasport.az saytına bildirib ki, Kocaeli təmsilçisində birgə hazırlıq keçdiyi Sadıqov “İzmirspor”la yoxlama görüşündə özünü pis hiss edirmiş: “Rəşad həmin oyunda ilk hissədə meydanda oldu. Fasilədə əvəzlənmək istəyirdi. Ağrıyırdı, özünü pis hiss edirdi. Bu səbəbdən oyunu davam etdirə bilmədi. Bundan sonra mənə heç nə deməyərək, sakitcə komandadan getdi”.
0