355 milyon dollarlıq futbolçu
16.01.2009 - 18:20
355 milyon dollarlıq futbolçu
Braziliyalı dünya çempionu Kakanın transferi İngiltərənin “Mançester Siti” klubuna 355 milyon dollara başa gələcək. Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisinin sahibi Şeyx Mansur Zayad Əl-Nəhyən “Milan”da çıxış edən 27 yaşlı yarımmüdafiəçi üçün 243 milyon funt sterlinq xərcə düşməyə hazırdır. Transfer qiymətini saatbasaat artıran ərəb milyarder Kakanın keçidinə görə italyanlara 108 milyon funt sterlinq ödəməyə hazırdır. “Mançester Siti”nin sahibi bir o qədər də Kakanın özünə verəcək. Daha 27 milyon funt sterlinq isə transferdə vasitəçilərə çatacaq.

Qeyd edək ki, Kakanın “Mançester Siti”yə keçidi baş tutarsa, bu, dünyanın ən bahalı transferi olacaq.
0