Ruslar “Xəzər-Lənkəran”a yerini göstərdi
16.01.2009 - 19:18
Ruslar “Xəzər-Lənkəran”a yerini göstərdi
“Xəzər-Lənkəran” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. Apasport.az saytına bu haqda məlumatı klubun vitse-prezidenti Rəvan Bəşirov verib. İqor Ponomaryovun yetirmələri Rusiya çempionatının birinci divizionunda mübarizə aparan “Salyut-Enerji” ilə qüvvəsini sınayıb. Təmsilçimiz 1:2 hesabı ilə uduzaraq, 2009-cu ildə ilk məğlubiyyətini alıb. Bu, Ponomaryovun yeni komandasında ilk yenilgisi olub. Komandamızın yeganə qolunu Mario Souza vurub.

Qeyd edək ki, lənkəranlılar Antalyada keçirdiyi ilk iki oyunun ikisində də - Türkiyənin “Ankaradəmirspor” və Qazaxıstanın “Aktobe” klublarına eyni hesabla (3:1) qalib gəlmişdi.
0