“Qalatasaray” - “Fənərbaxça” derbisinin 100 yaşı tamam oldu
17.01.2009 - 14:43
“Qalatasaray” - “Fənərbaxça” derbisinin 100 yaşı tamam oldu
Dünyanın ən səs-küylü derbilərindən sayılan “Qalatasaray” və “Fənərbaxça” arasındakı ilk oyundan 100 il ötür. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçilərinin birinci görüşü 1909-cu yanvarın 17-də baş tutub. Həmin matçda Emin Bülendin vurduğu qollar sayəsində “Qalatasaray” 2:0 hesabı ilə qazanıb.

Derbinin 100 illik yubileyi ilə bağlı “Qalatasaray”ın rəsmi İnternet saytında yazı və ilk oyundan foto yerləşdirilib. Özü də “sarı-qırmızılar” barışmaz rəqiblərinin ünvanına maraqlı mesaj göndəriblər: “Yaxşı ki varsan, əzəli rəqibimiz, əbədi dostumuz “Fənərbaxça”.

Qeyd edək ki, “Qalatasaray” 1905-ci il, “Fənərbaxça” isə bundan 2 il sonra təsis olunub. Bu klublar 100 il ərzində rəsmi və yoldaşlıq görüşləri çərçivəsində 361 dəfə bir-birləri ilə qarşılaşıblar. Statistika “Fənərbaxça”nın xeyrinədir. “Sarı-lacivərdlilər” 136, “Qalatasaray” isə 116 dəfə qalib gəlib, 109 oyun heç-heçə nəticələnib. Topların nisbətində də “Fənərbaxça” üstündür: 507-462.
0