Azərbaycan çempionu “Birlik Kuboku” turnirinə xal itkisi ilə başladı
17.01.2009 - 15:52
Azərbaycan çempionu “Birlik Kuboku” turnirinə xal itkisi ilə başladı
Bu gün Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, ənənəvi yarışda ölkəmizi təmsil edən “İnter” ilk oyunda Qırğızıstan çempionu “Dordoy-Dinamo” ilə qarşılaşıb. “Olimpiyski” manejində AFFA rəhbərliyinin də izlədiyi qarşılaşmada qalib müəyyənləşməyib – 0:0. Turnirə iddialı yollanan Valentin Xodukinin yetirmələri növbəti oyununu sabah Bakı vaxtı ilə saat 14:00-da “Ventspils”ə (Latviya) uduzan Finlandiya “İnter”inə qarşı keçirəcək.
0