Son 22 ilin ən yaxşı qapıçıları
19.01.2009 - 11:46
Son 22 ilin ən yaxşı qapıçıları
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 22 ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının və “Yuventus” klubunun futbolçusu Canluici Buffon 1987-ci ildən indiyədək olan dövrün ən yaxşı qapıçısıdır. O, 78 xal toplayıb. Buffonun ən yaxın izləyicisi Danimarka milli komandasının sabiq qapıçısı Peter Şmeyhelin 69, İspaniya milli komandasının və “Real”ın futbolçusu İker Kasilyasın isə 63 xalı var. Türkiyə yığmasının sabiq qapıçısı, bu müddətdə dünya və Avropa çempionatının bürünc medallarını qazanan Rüştü Rəcbər siyahıda 34-cü yeri tutub. 36 yaşlı futbolçunun hesabında 8 xal var. “Qalatasaray” klubunun və Braziliya millisinin sabiq qapıçısı Klausio Taffarel isə 40 xalla İFFHS-ın reytinqində 10-cu olub.
0