Rusiyalı seks-simvol Mariya Şarapova Bekhemlə yaxalandı
19.01.2009 - 15:27
Rusiyalı seks-simvol Mariya Şarapova Bekhemlə yaxalandı
Mariya Şarapova yeni eşqə düşüb. Apasport.az saytının məlumatına görə, dünyanın ən cazibədar idmançılarından sayılan rusiyalı tennisçi birən-birə iki futbolçuya vurulub. Belə ki, italiyalı jurnalistlər bu ölkəyə baş çəkən Maşanı Devid Bekhemlə birgə yaxalayıblar. “Milan”ın ingilis yarımmüdafiəçisinin “ov”una düşən xanımlar siyahısına adının düşməsindən çəkinməyən Şarapova Devidin onun üçün ikinci dərəcəli olduğunu bildirib: “Xəyallarımın ikinci pilləsindəki yer Devidə məxsusdur. Futboldan danışanda mənim üçün bir nömrə isə Del Pyerodur. Mən onu sevirəm. Həm idmançı, həm də insan kimi”.
0