Türkiyə Superliqasında qalmaqal - FOTO
22.01.2009 - 14:50
Türkiyə Superliqasında qalmaqal - FOTO
Türkiyə Superliqası çərçivəsində “Mersin Böyükşəhər Bələdiyyəsi” və “Beşiktaş” basketbol klubları arasında keçirilən oyunda qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, fasiləyə az qalmış gözlənilmədən meydançaya biri qadın olmaqla, 4 azarkeş daxil olub. Onlar siyasi şüarlar səsləndirərək, iqtidarı tənqid edib və matçı yarımçıq dayandırıblar.

Polislər hadisəyə dərhal müdaxilə ediblər. Asayiş keşikçiləri qalmaqal salanları yerə yıxaraq, onların əllərini qandallayıblar. Daha sonra polislər etiraz edənləri dindirmək üçün idarəyə aparılıblar.
0