“Xəzər-Lənkəran”ın futbolçusunun sevgilisi soyundu - FOTO
23.01.2009 - 13:49
“Xəzər-Lənkəran”ın futbolçusunun sevgilisi soyundu - FOTO
Bolqarıstanın məşhur müğənnisi Lilana Azərbaycan futbol çempionatının gümüş mükafatçısını unuda bilmir. Apasport.az saytının məlumatına görə, o, “Xəzər-Lənkəran” klubunun sabiq müdafiəçisi Martin Stankovun keçmiş sevgilisidir.

“Playboy” jurnalı üçün soyunan gözəlçə verdiyi müsahibədə lənkəranlıların heyətində 2004/05 mövsümündə Premyer Liqada ikinci yeri tutan bolqar futbolçudan yanıqlı-yanıqlı danışıb: “Mənim ilk məhəbbətim Martin olub. Onun nə qədər ehtiraslı olduğunu hələ də unutmamışam. O, beş il əvvəl məndən ayrılanda ürəyimi sındırıb getdi”.

Qeyd edək ki, Stankov məhz 5 il öncə Lilanadan ayrıldıqdan sonra “Xəzər-Lənkəran”a keçib. Lakin müdafiəçi 2006-cı ildə qəflətən Azərbaycandan yoxa çıxıb. Onun “Xəzər-Lənkəran”dan qaçmasına bolqarıstanlı milyonçu bankir Emil Kyulevin dul qalan xanımı Vesela səbəb olub.
0