Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti seçildi - FOTOSESSİYA VİDEO
23.01.2009 - 16:15
Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti seçildi - FOTOSESSİYA VİDEO
Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) akt zalında təşkil olunan tədbirdə ABF-nin prezidenti postuna yeganə namizəd Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qatılıb.

Konfransda 160 nümayəndədən 133-ü iştirak edib. Gündəliyə əsasən, ABF prezidenti Ağacan Abıyev 2005-2008-ci illər üçün hesabat verdikdən sonra boks ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Ardınca prezident seçkisi keçirilib. Bu posta yeganə namizəd Kəmaləddin Heydərov yekdilliklə prezident seçilib.

Seçkidən sonra 18 nəfərdən ibarət İcraiyyə Komitəsi seçilib. Bunlar arasında Ağacan Abıyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, MOİK-in rəisi Natiq Əliyev, beynəlxalq dərəcəli boks hakimi Niftalı Quliyev, Avropa çempionu Rövşən Hüseynov və başqaları var.

Bundan sonra Azad Rəhimov və Çingiz Hüseynzadə çıxış edərək, yeni prezidentə təbriklərini çatdırıb, ona uğurlar arzulayıblar. Kəmaləddin Heydərov isə öz nitqində ABF-in fəaliyyətini yüksək qiymətləndirib, boksun daha da yaxşı inkişafına çalışacaqlarını vurğulayıb.

Hesabat-seçki konfransının ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
0