Boks Federasiyasının yeni vitse-prezidentləri
23.01.2009 - 18:59
Boks Federasiyasının yeni vitse-prezidentləri
Azərbaycan Boks Federasiyasının (ABF) yeni baş katibi və vitse-prezidentləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra qurumda baş katib vəzifəsini İsa Əsgərov yerinə yetirəcək. O, Tofiq Babanlının xələfinə çevrilib.

25 il ABF-ə rəhbərlik etmiş Ağacan Abıyev isə fəaliyyətini I vitse-prezident kimi davam etdirəcək. Federasiyanın vitse-prezidentləri Süleyman Mikayılov və Avropa çempionu Rövşən Hüseynov olub.

Qeyd edək ki, ABF-in bu gün keçirilmiş hesabat-seçki konfransında fövqəladə hallar naziri Kəmaləddin Heydərov yekdilliklə prezident seçilib.
0