Azərbaycan futbolçuları “Anderlext”də FOTO
24.01.2009 - 21:35
Azərbaycan futbolçuları “Anderlext”də  FOTO
“Bakı”nın gənc futbolçuları Bəxtiyar Soltanovla Aqil Məmmədov Belçikanın məşhur “Anderlext” klubunun düşərgəsində məşqlərinə davam edirlər. Apasport.az saytının məlumatına görə, Soltanov artıq belçikalıların heyətində ilk oyununa çıxıb. Əvəzedicilər arasında keçirilən ölkə çempionatının növbəti turu çərçivəsində “Serkl Brügge”yə qarşı forma geyinən Bəxtiyar sərgilədiyi oyunu ilə xoş təsir bağışlayıb. Ondan geri qalmayan qapıçı Məmmədov da məşqçilərin diqqətini cəlb edib. Belə ki, Aqil artıq bu klubun əsas futbolçuları ilə birgə məşqlərə başlayıb.
Yaxın zamanda Belçikada təlimlərini başa vuracaq hər iki futbolçu Antalyada “Bakı”nın heyətinə qatılacaq.
0