Zərif çempionlar
26.01.2009 - 00:00
Zərif çempionlar
“ABU Arena” İdman Kompleksində taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü mübarizəyə qadın idmançılar qoşulub.
Nəticələrə əsasən, Nübar Hacıyeva (47 kq), Aygün Abdullayeva (51 kq), Arzu Bağırova (55 kq), Səbinə Mikayılova (59 kq), Günay Ağakişiyeva (63 kq) və Rəbiyyə Məmmədova (67 kq) qızıl medallara sahib çıxıblar.

Mənbə: AzərTac
0