Quiza özünə yeni sevgili tapdı - FOTO
26.01.2009 - 11:21
Quiza özünə yeni sevgili tapdı - FOTO
“Fənərbaxça” və İspaniya milli komandasının hücumçusu Daniel Quiza özünə yeni sevgili tapıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu həmyerlisi Rosio ilə eşq macərası yaşayır.

Quizanın yeni sevgilisi ilk dəfə dünən üzə çıxıb. Rosio “Şükrü Saracoğlu” stadionuna gələrək, “Fənərbaxça” - “Trabzonspor” matçında (0:0) Danielə dəstək olub. Sevgililərin oyundan əvvəl söhbət etmələri də diqqətdən yayınmayıb.

Qeyd edək ki, Quiza son vaxtlaradək ispaniyalı model, vaxtilə “Playboy” jurnalı üçün soyunmuş Nuria Bermudeslə əlaqədə idi. Lakin Bermudes futbolçunu xəyanətdə günahlandıraraq, ötən ilin payızında İstanbuldan vətəninə qayıdıb.
0