Azərbaycanlı qapıçıya dünyada çatan yoxdur - FOTO
26.01.2009 - 14:20
Azərbaycanlı qapıçıya dünyada çatan yoxdur - FOTO
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun quru seriyaya malik qapıçıların yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, futbol tarixi ərzində 414 dəfə eyni qapıçı ölkəsinin güclülər dəstəsində minimum 660 dəqiqə qapısını toxunulmaz saxlaya bilib.

Braziliyalı Geraldo Pereyra de Matos Filyonun 31 illik rekordunu hələ də qıran olmadığından, “Vasko da Qama”nın sabiq qapıçısı hələ də birinci yerdədir – 1816 dəqiqə. İkinci olan misirli Tabet Əl-Bətəl (1442) və belçikalı Danni Verlinden (1390) də karyeralarını çoxdan bitiriblər.

Siyahda Azərbaycan Premyer Liqasında qeydə alınan 13 göstərici də yer alıb. Onlardan 10-u yerli, üçü əcnəbi qapıçıların hesabındadır. Lakin bu nəticələrdən yalnız 4-ü ilk “100-lüy”ə daxil olur ki, Nizami Sadıqovun rekordu artıq neçə ildir dünyada 19-cu yerini qoruyur. Azərbaycan futbolunun daha bir yetirməsi Kiyevin “Dinamo” klubunda 1100 dəqiqə qol buraxmayan Yuri Romenskinin seriyası isə 21-cidir.

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

19. Nizami Sadıqov (“Turan”) – 1106
48. Xalidu Sissoko (“Bakı”) – 985
51. Xalidu Sissoko (“Bakı”) - 971
55. Camaləddin Əliyev (“Qarabağ”) – 958
60. Elxan Həsənov (“Neftçi”) – 943
146. Dmitri Kramarenko (“Karvan”) – 798
178. Dmitri Kramarenko (“Neftçi”) – 772
214. Rauf Mehdiyev (“Olimpik”) – 746
219. Elşən Poladov (“Bakı”) – 744
223. Nadir Şükürov (“Dinamo”) – 741
237. Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
316. Camaləddin Əliyev (“Qarabağ”) – 700
373. Rauf Mehdiyev (“Olimpik”) – 676
0