Futbolçunun puluna vurulan gözəlçə kimdir? - FOTO
27.01.2009 - 11:18
Futbolçunun puluna vurulan gözəlçə kimdir? - FOTO
“Fənərbaxça”nın ispaniyalı futbolçusu Daniel Quiza keçmiş sevgilisi və meneceri, model Nuria Bermudeslə ayrılmasının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu bu haqda ilk dəfə İspaniyanın “Tele 5” telekanalına danışıb. Bu məqsədlə İstanbula gələn telekanal əməkdaşları Quizanın evindən reportaj hazırlayıblar.

Daniel deyib ki, Nuria onun pulundan sui-istifadə edib: “O, mənimlə pula görə birlikdə yaşayırdı. Xüsusilə, İstanbulda olduğumuz dövr mənim üçün ağır keçdi. Çünki tez-tez aramızda mübahisə yaranırdı, dava-dalaş edirdik. Hətta bəzən evdən kənarda da mübahisəyə girişirdik”.

“Oxçu” ləqəbli futbolçu “Playboy” üçün soyunmuş Nuria ilə əlaqəsini 4 ay öncə kəsdiyini vurğulayıb. İspaniya yığmasının da şərəfini qoruyan hücumçu keçmiş sevgilisinin bir xasiyyətinə də toxunub: “Son 4 ayda Nuria ilə cinsi əlaqədə olmamışam. Özü də birgə yaşadığımız vaxtlarda o, mənə verilən hədiyyələrin çoxunu sındırıb. Bunların arasında ləqəbimə uyğun olan ox çox önəmli idi. Heyf ki, Bermudes bunu da sındırdı”.

Qeyd edək ki, Nuria ötən ilin payınızda Quizadan ayrılıb. Hazırda futbolçu digər həmyerlisi Rosio ilə eşq macərası yaşayır.
0