100:0 hesablı qələbə qazanan məşqçi qovuldu
27.01.2009 - 12:30
100:0 hesablı qələbə qazanan məşqçi qovuldu
İdman aləmində unikal hesab qeydə alınıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Texas ştatında “Kovenant” məktəbinin qadınlardan ibarət basketbol komandası rəqibini 100:0 hesabı ilə məğlub edib. Maraqlısı isə odur ki, qələbəni qazanan komandanın baş məşqçisi Mika Qrayms vəzifəsindən qovulub.

Belə ki, məktəb rəhbərliyi rəsmi müraciətində basketbolçularının oyununa, böyük üstünlük əldə etməsinə baxmayaraq, matçın gedişində xalları əldə etməyi dayandırmadığına görə üzr istəyib. Rəhbərliyin fikrincə, belə hesab biabırçılıqdır və rəqibə qarşı hörmətsizlik etmək olmaz. Üzrxahlıqla heç razılaşmayan baş məşqçi isə yerli qəzetə məktubunda bildirib ki, yetirmələri onun oyuna verdiyi tapşırıqları yerinə yetirib və layiqli qələbə qazanıb.

Qrayms məhz bu müraciətindən sonra işindən çıxarılıb.
0