“Qalatasaray”ın “mavi” futbolçusu evlənir - FOTO
27.01.2009 - 13:08
“Qalatasaray”ın “mavi” futbolçusu evlənir - FOTO
Çexiya yığmasının və “Qalatasaray”ın futbolçusu Milan Baroş subaylığın daşını atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, hücumçu İstanbulda birgə yaşadığı həmvətəni, model Tereza Frankova ilə ailə qurmağı planlaşdırır.

Maraqlıdır ki, mətbuatda bu cütlük haqqında müxtəlif xoşagəlməz xəbərlər yayılıb. Bir müddət öncə Milan Baroş cinli azlıqların nümayəndəsi kimi qələmə verilmişdi. Hətta onun kişilərlə qucaqlaşmasının, öpüşməsinin fotoları da dərc olunmuşdu. Çexiya mətbuatı Terezanı isə belə xarakterizə edir: o, eşqdən çox pulu sevir.

Bununla belə, cütlük İstanbulda xoşbəxt həyat sürürlər. Üstəlik, bu yaxınlarda Frankova 27 yaşı tamam olan Milana qeyri-adi hədiyyə bağışlayıb. Model futbolçuya çılpaq şəkillərinin əks olunduğu 2009-cu ilin təqvimini verib: “Həmişə belə şəkillər çəkdirməyi arzulayırdım. Amma cəsarətli olmağım lazım idi. Milanın 27 yaşının tamam olması mənə fotoobyektivlər önünə keçmək üçün güc verdi”.

Baroşla Frankovanın cari mövsüm başa çatdıqdan sonra, yayda toy edəcəkləri bildirilir.
0