Olimpiya çempionuna ada hədiyyə etdilər
27.01.2009 - 15:01
Olimpiya çempionuna ada hədiyyə etdilər
Pekin Olimpiadasının üçqat qalibi və üçqat dünya rekordçusu Hüseyn Bolt Yamayka dövləti tərəfindən qeyri-adi hədiyyə alıb. Apasport.az saytının məlumatına görə, atletin 2008-ci ildəki xidmətlərinin qarşılığında ona ada verilib.

Belə ki, planetin ən sürətli adamı Uestmorlend adasının 1/3 hissənin sahibinə çevrilib. Hüseyn adanın ona aid olan hissəsinin sənədlərini qeydiyyatdan keçirib. Onun yeni əmlakının dəyəri 6,5 milyon dollar civarında. Ərazisi 807 kv. km olan Uestmorlend adasında 141 min əhali də yaşayır. Bolt yeni adası ilə bağlı planlarını da açıqlayıb: “Burada yaxşı ev inşa etdirib, günəşin qürubunu buradan izləyəcəyəm”.
0