“Neftçi”nin cüdoçuları İtaliyadan 3 medal gətirdilər
27.01.2009 - 19:43
“Neftçi”nin cüdoçuları İtaliyadan 3 medal gətirdilər
İtaliyanın Linyano şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin idmançıları qoruyublar.

Turnir cüdoçularımız üçün uğurlu alınıb. Belə ki, təmsilçilərimiz İtaliyada 3 medal qazanıblar. Xəyal Mirzəzadə (46 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünü ən yüksək pilləsinə qalxıb. Ceyhun Rufullayev (60 kq) gümüş, Tural Yusifli (50 kq) isə bürünc medala layiq görülüb.
0