Diniyevi işsiz qoyan futbolçu 7 aylıq hamilə qadınla evləndi FOTO
29.01.2009 - 15:57
Diniyevi işsiz qoyan futbolçu 7 aylıq hamilə qadınla evləndi FOTO
Azərbaycan yığmasının tarixi ərzində Bakıda aldığı ən biabırçı məğlubiyyətin təməlini qoyan futbolçu evlənib. Apasport.az saytının məlumatına görə, 2007-ci il oktyabrın 17-də Tofiq Bəhramov adına stadionda milli komandamızı 6:1 hesabı ilə darmadağın edən Serbiya yığmasının futbolçusu Duşko Toşiç subaylığın daşını atıb.

Baş məşqçi Şahin Diniyevin istefası ilə nəticələnən həmin görüşün 6-cı dəqiqəsində hesabı açmaqla, böyük hesablı qələbənin təməlini qoyan 23 yaşlı futbolçu özündən 7 yaş böyük Yelena Karluşa ilə ailə həyatı qurub. Artıq iki aydan sonra ana olacaq Yelena ikinci dəfə nigah bağlayır. 4 il əvvəl sənaye maqnatlarından birinin oğlu ilə ailə quran Karluşa cəmi 4 ay onunla yaşaya bilmişdi.

Qeyd edək ki, Toşiç hazırda Almaniyanın “Verder” klubunda çıxış edir.
0