“Zenit” və “Lokomotiv”in oyunları azərbaycanlı hakimlərə tapşırıldı
29.01.2009 - 22:43
“Zenit” və “Lokomotiv”in oyunları azərbaycanlı hakimlərə tapşırıldı
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan hakimlərinə yeni təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz Çempionlar Liqası və “Çelenc kuboku” turnirlərində meydana çıxacaqlar. Belə ki, Eldar Zülfüqarova Çempionlar Liqasının təsnifat mərhələsində “Zenit” (Rusiya) - “Volya Bled” (Slovakiya) arasındakı görüşü idarə edəcək. Digər hakimimiz Eldar Əliyev isə “Çelenc Kuboku”nda Rusiyanın “Lokomotiv” və Fransanın “Buve” klubları arasındakı matçda iş başında olacaq.
0