Samir Məmmədov və Elçin Əlizadə Azərbaycan çempionu oldu
30.01.2009 - 12:19
Samir Məmmədov və Elçin Əlizadə Azərbaycan çempionu oldu
Mərkəzi Ordu İdman Klubunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin boks çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yarışda 15 komandanın 130 idmançısı mübarizə aparıb.

Yekunda qızıl medalları əsasən milli komandamızın üzvləri, o cümlədən Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov (57 kq, Ali Hərbi Məktəb) və Elçin Əlizadə (+91 kq, Piyadaçılar) qazanıb. Bundan başqa, fəxri kürsünün ən yüksək pilləsinə Xəqani Ələkbərov (48 kq, Bərdə), Nicat Mirzəyev (51 kq, Piyadaçılar), Emil Həsənov (54 kq, Ali Hərbi Məktəb), Elşən İsmayılov (60 kq, Beyləqan), Famil Süleymanov (64 kq, Beyləqan), Ramal Amanov (69 kq, Piyadaçılar), Aslan Bayramov (75 kq, Beyləqan), Elnur Qədirov (81 kq, Hərbi Hava Qüvvələri) və Vahid Hüseynli (91 kq, Hərbi Dəniz Qüvvələri) qalxıblar.

Qeyd edək ki, növbəti boks yarışı fevralın 1-də Bakı İdman Sarayında start götürəcək. Burada 150-dən çox idmançı 5 gün ərzində Azərbaycan çempionu titulu uğrunda döyüşəcək.
0