Yığmamızın baş məşqçisi Gəncədə atlet axtarır
30.01.2009 - 16:09
Yığmamızın baş məşqçisi Gəncədə atlet axtarır
Azərbaycan Ağır Atletika Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi birgə proqramın icrasına başlayıb. Apasport.az saytının məlumatına görə, adıçəkilən hər 3 qurumun nümayəndələri ölkəmizin bölgələrinə səfərlər edərək, orada ağırlıqqaldırma növünün mövcud durumu ilə tanış olmaq və perspektivli idmançıları üzə çıxarmaq qərarına gəliblər.

Bu məqsədlə ilk dayanacaq qismində Gəncə seçilib. Artıq federasiya və nazirliyin təmsilçiləri bu şəhərə yollanıblar. Milli komandamızın baş məşqçisi, həmçinin federasiyanın I vitse-prezidenti Vahid Nəzərovun də yer aldığı heyət Gəncədə Uşaq-Gənclər İdman Məktəblərinin ağır atletika bölmələrini gəziblər, perspektivli idmançılarla görüşüblər.

Növbəti səfər Cənub bölgəsinə olacaq. Qarşıdakı aylarda proqramın icraçıları digər rayonlara da baş çəkəcəklər.
0