Ən çox qazanan qadın idmançı – FOTOSESSİYA
30.01.2009 - 16:40
Ən çox qazanan qadın idmançı – FOTOSESSİYA
Amerikalı tennisçi Serena Uilyams idman tarixində ən çox pul qazanan qadın idmançı olub. Apasport.az saytının məlumatına görə, hazırda davam edən açıq Avstraliya çempionatının finalına yüksələn Uilyamsın qazancı 22 725 475 dollara çatıb. Bununla da, 28 yaşlı idmançı Annika Sorenstra (qolf) və Lindsey Devenportu (tennis) qabaqlayıb.

Serena ən çox qazanan qadın idmançıların siyahısında birinci yerə yüksəldiyi üçün sevincini gizlətməyib: “Bu, çox möhtəşəm xəbərdir. Yadımdadır, ilk dəfə 1995-ci ildə pul qazanmışdım. Həmin vaxt Kvebekdə keçirilən turnirdə 240 dollar əldə etmişdim”.

Qeyd edək ki, 14 il öncə peşəkar karyerasına başlayan Uilyams indiyədək 13 titula yiyələnib.
0