Boriellonu atan gözəl karyerasını bitirdi - FOTO
02.02.2009 - 14:22
Boriellonu atan gözəl karyerasını bitirdi - FOTO
İtaliyanın “Milan” klubunun futbolçusu Marko Boriello ilə uzun müddətli eşq macərası yaşamış Belen Rodriges idmançı karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, kikboksinq və fitneslə məşğul olan gözəlçə idmanla vidalaşmaq qərarına gəlib. Belə ki, öz yeni müəllif proqramı ilə televiziyaya çıxan argentinalı jurnallara poza verməyi daha çox xoşlayır.
Qeyd edək ki, Belen yeni il ərəfəsində Borielloya “hədiyyə” edərək, ondan ayrılıb.
0