Daha futbolçularla görüşməyəcəyəm, onlar məni aldadır – FOTOSESSİYA
03.02.2009 - 10:35
Daha futbolçularla görüşməyəcəyəm, onlar məni aldadır – FOTOSESSİYA
Futbolçularla yaşadığı eşq macəraları ilə məşhurlaşan ingilis model Danielle Lloyd pərişan olub. Apasport.az saytının məlumatına görə, gözəlçəni məyus edən keçmiş sevgililərinin onu aldatmasıdır.

Artıq Danielle bundan nəticə çıxarıb. 25 yaşlı model bir daha futbolçularla münasibətdə olmayacağını deyib: “Futbolçular eşq düşkünüdürlər. İndi keçmiş sevgililərimin heç biri ilə görüşmürəm. Çünki onların hamısı məni aldadıb”.

Qeyd edək ki, Lloyd müxtəlif vaxtlarda Teddi Şeringem, Markus Bent və Cermeyn Defo kimi məşhur futbolçularla eşq macərası yaşayıb.
0