Natalya qayıtdı və “Fənərbaxça Acıbadem”i məğlub etdi
06.02.2009 - 16:57
Natalya qayıtdı və “Fənərbaxça Acıbadem”i məğlub etdi
Azərbaycan voleybolçuları Oksana Parxomenko və Valeriya Korotenkonun şərəfini qoruduğu “Fənərbaxça Acıbadem” klubu Türkiyə kubokunun finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yarımfinalda digər voleybolçumuz Natalya Məmmədovanın oynadığı “Türk Telekom”u üstələyib.

İlk matçda 3:0 hesabı ilə qalib gələn “Fənərbaxça Acıbadem” cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzmasına baxmayaraq, həlledici görüşə vəsiqə qazanıb. Sevindirici haldır ki, təkrar oyunda Oksana Parxomenko komandasının ən yaxşısı seçilib. Türkiyə mətbuatı onun çıxışını 4 ulduzla qiymətləndirib. Həmçinin, Korotenko da inamlı təsir bağışlayıb - 3 ulduz.

Sözügedən görüş Natalya Məmmədova üçün də əlamətdar olub. O, təxminən 1 aylıq fasilədən sonra “Türk Telekom”un heyətində oynayıb. 25 yaşlı idmançımız az öncə dizindən zədələndiyi üçün İsveçrədə əməliyyat olunmuşdu. “Fənərbaxça Acıbadem”lə qarşılaşmada heyətdə yer alan Natalya komandasının qələbəsinə az da olsa, töhfəsini verib.
0