Berti Foqtsu belə görmüsünüzmü? - FOTO
10.02.2009 - 17:23
Berti Foqtsu belə görmüsünüzmü? - FOTO
Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts yeni qiyafədə nəzərə çarpıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis qış tətilini təbiətin qoynunda, daha doğrusu qarın üzərində keçirib.

63 yaşlı məşqçi asudə vaxtında biatlon yarışında qüvvəsini sınayıb. O, özünə 21 nömrəli formanı götürüb. Bir xeyli xizək sürən Foqts yarışın qaydalarına əsasən, yerə uzanaraq, silahından atəş də açıb. Amma onun turniri neçənci yerə başa vurduğunu yazmağın isə bir o qədər əhəmiyyəti yoxdur. Çünki almaniyalının qatıldığı yarış qeyri-rəsmi xarakter daşıyıb.

Qışı xizək sürməklə keçirən Fotqs indi Asiyanın isti ölkələrində milli komandamızı dünya çempionatının seçmə mərhələsinə çalışır. Yəqin ki, təcrübəli çalışdırıcının əsas məqsədi biatlon yox, futbol yarışlarında uğur qazanmaqdır.
0