Azərbaycan və Ermənistan Kanada idmançısı uğrunda mübarizə aparır
11.02.2009 - 12:31
Azərbaycan və Ermənistan Kanada idmançısı uğrunda mübarizə aparır
Azərbaycanın fiqurlu konkisürmə üzrə yığma komandasına daha bir əcnəbi idmançı cəlb oluna bilər. Hazırda Kanadanı təmsil edən Fyodor Andreyevlə danışıqlar aparılır. Kanadanın ən güclü idmançılarından sayılan Andreyev Ermənistan və Belarusun da maraq dairəsindədir. Apasport.az saytının məlumatına görə, bu haqda Ermənistan Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Samvel Xaçatryan bildirib.

Xaçatryan Rusiya əsilli fiqurlu konkisürənin Ermənistanı təmsil etmə ehtimalının daha çox olduğunu vurğulayıb: “Andreyev əla idmançıdır. Hazırda onunla danışıqlar aparırıq. Hələlik konkret bir söz deyə bilmərəm. Çünki onu Azərbaycan və Belarus da almağa çalışır. Lakin Fyodorun Ermənistan yığmasında çıxış etmə ehtimalı 51 faizdir”.

Qeyd edək ki, Andreyev keçmiş SSRİ-nin tanınmış məşqçiləri Aleksey Çetveruxinlə Marina Zuyevanın oğludur.

lent.az
0