Küveyt – Azərbaycan görüşündən əvvəl qum tufanı FOTOSESSİYA
11.02.2009 - 16:31
Küveyt – Azərbaycan görüşündən əvvəl qum tufanı   FOTOSESSİYA
Bu gün Küveyt və Azərbaycan futbol yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündən öncə paytaxt Əl-Küveytdə qum tufanı başlayıb. Apasport.az saytının məlumatına görə, tufan nəticəsində şəhər bütövlükdə quma bürünüb.

Küçələrdə insanların, hətta maşınların hərəkəti çətinləşib. Tək-tük gözə dəyən adamlar ağızlarına dəsmalı tutaraq, qum tufanından qorunmağa çalışırlar.

Belə əlverişsiz hava şəraitində futbol oynamağın qeyri-mümkünlüyünü nəzərə alan Küveyt və Azərbaycan futbol məmurları matçı bir neçə saat təxirə salıblar.

Əl-Küveytdəki qum tufanının paytaxtı iflic vəziyyətə salması AFFA-nın istedadlı fotoqrafı Eldəniz Bədəlovun obyektivindən yayınmayıb.
0