Azərbaycan IWF seçkilərində kimə səs verəcək?
12.02.2009 - 00:01
Azərbaycan IWF seçkilərində kimə səs verəcək?
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İspaniyanın paytaxtı Madriddə keçiriləcək hesabat-seçki konfransında Azərbaycanı iki nəfər təmsil edəcək. Bu haqda apasport.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov məlumat verib. Konfransda İsmayıl İsmayılovun iştirak edəcəyi dəqiqdir. Digər təmsilçimizin adı isə hələlik müəyyənləşməyib.

İsmayılov bildirib ki, IWF-in rəhbər orqanlarına seçilmək üçün Azərbaycandan heç kimin namizədliyi verilməyib: “İndiyədək bir neçə dəfə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının hesabat-seçki konfranslarına qatılmışam. Bu dəfə də seçkilərdə iştirak edəcəyəm və səsvermə hüququna malik olacağam. Hələlik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına namizədliklə bağlı müraciət etməmişik. Ola bilsin ki, qarşıdakı günlərdə ölkəmizdən kiminsə namizədliyi irəli sürüldü”.

Qeyd edək ki, aprelin 1-də baş tutacaq konfransda IWF-in prezidenti, baş katibi, vitse-prezidentləri, həmçinin qurumun Texniki, Tibbi, Elmi və Tədqiqat və Auditorlar Komitələrinə seçkilər olacaq. 2000-ci ildən indiyədək federasiyaya macarıstanlı Tamaş Ayan rəhbərlik edir.
0