Ronaldonun 18 yaşlı yeni sevgilisi - FOTO
11.02.2009 - 17:49
Ronaldonun 18 yaşlı yeni sevgilisi - FOTO
Dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldo özünə yeni sevgili tapıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi 18 yaşlı tələbə Oliviya Sonderslə eşq macərası yaşayır. Mançester Universitetində təhsil alan Oliviya Ronaldo ilə gecə klubunda tanış olub. İndi bu cütlük daima görüşür.

Böyük Britaniya mətbuatı yeni sevgili tapan Kriştianunun bəxtinin gətirdiyini yazır: “Ronaldonun pulu və şan-şöhrəti var. Üstəlik, futbolçunun bəxti onda gətirib ki, o, Oliviya kimi qızla tanış olub. Oliviya iddialı, intellektual və gözəl qızdır. O, tam müstəqildir və keç kimin puluna ehtiyacı yoxdur. Kriştianu çox məftun olub, sevgilisindən gözünü çəkə bilmir”.

Qeyd edək ki, Ronaldo bundan öncə “Portuqeza” TV-nin 24 yaşlı aparıcısı Merçe Romero, 24 yaşlı aktrisa Cemma Atkinson və 25 yaşlı ispaniyalı model Nereyda Qalyardo ilə sevgili olub.
0