Azərbaycanın “Dördlər finalı”nda təmsil olunmaq şansı azaldı
11.02.2009 - 19:00
Azərbaycanın “Dördlər finalı”nda təmsil olunmaq şansı azaldı
Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu “Çelenc Kuboku” turnirinin 1/4 final mərhələsində uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, komandamız bu gün Quba Olimpiya Kompleksində “Albasete”yə (İspaniya) uduzub - 1:3.

Oyuna yaxşı başlayan voleybolçularımız birinci hissədə 25:14 hesabı ilə qalib gəliblər. Lakin “Rabitə”nin üzvləri uğurun davamını gətirə bilməyiblər. Daha təcrübəli ispaniyalılar ardıcıl 3 setdə paytaxt klubu üzərində qələbə qazanıblar (23:25; 18:25; 18:25).

“Rabitə” və “Albasete” arasında cavab matçı bir həftədən sonra İspaniyada keçiriləcək. Bu cütün qalibi “Çelenc Kuboku”nun “Dördlər finalı”nda iştirak hüququna yiyələnəcək.
0