Ronaldinyonun ideal sevgilisi - FOTO
12.02.2009 - 13:32
Ronaldinyonun ideal sevgilisi - FOTO
Braziliya milli komandasının futbolçusu Ronaldinyonun ideal xanım axtarışı müsbət nəticələnib. Apasport.az saytının məlumatına görə, son vaxtlar İtaliyanın “Milan” klubunda işləri bir o qədər də yaxşı getməyən 28 yaşlı yarımmüdafiəçi bu uğursuzluğu sevgi sahəsində “sığortalaya” bilib.

İndi Ronaldinyonun fikri-zikri braziliyalı model Aline Dominqoşun yanında qalıb. 2004 və 2005-ci illərin ən yaxşı futbolçusu həmyerlisi ilə eşq macərası yaşayır.

Dünya şöhrətli oyunçu necə deyərlər, quşu gözündən vurub. Onun 25 yaşlı sevgilisinin bədən ölçüləri ideal sayıla bilər: 88-60-90.

Özü də Aline Ronaldinyoya sevgisini büruzə verməkdən də çəkinmir. “Milan”ın bayrağına bürünüb şəkil çəkdirən model futbolçu ilə yaxın münasibətdə olduğunu təsdiqləyib: “Həqiqətən də biz bir yerdəyik”.
0