Dünya Taekvondo Federasiyasının baş katibi Bakıya gəlir
13.02.2009 - 15:46
Dünya Taekvondo Federasiyasının baş katibi Bakıya gəlir
Yaxın günlərdə Bakıya daha bir idman məmuru təşrif buyuracaq. Apasport.az saytının məlumatına görə, bu, Dünya Taekvondo Federasiyasının baş katibi Cin Sun Yanqdır.

Fevralın 15-də paytaxtımıza gələcək qonağın səfərində əsas məqsəd Bakıda keçiriləcək Dünya Kuboku, eləcə də paralimpiyaçıların ilk dünya çempionatına hazırlıq işləri ilə tanış olmaqdır. Cin Sun Yanq ölkəmizdə olduğu müddətdə Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri ilə görüşəcək. O, Bakını fevralın 18-də tərk edəcək.

Qeyd edək ki, komandalar arasında Dünya Kuboku və paralimpiyaçıların ilk dünya çempionatı bu ilin iyununda baş tutacaq.
0