Yığmamızın oynayacağı möhtəşəm stadion hazırdır
16.02.2009 - 11:49
Yığmamızın oynayacağı möhtəşəm stadion hazırdır
Türkiyə və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşünün keçiriləcəyi “Kadir Has” stadionu istismara hazırdır. Apasport.az saytının məlumatına görə, Kayseri şəhərində yerləşən bu arenaya artıq yaşıl ot örtüyü döşənib. Burada ilk oyun martın 8-də “Kayserispor” və “Fənərbaxça” klubları arasında baş tutacaq.

“Kadir Has” Türkiyənin ən müasir idman qurğusu sayılır. 40 458 tamaşaçı tutumuna malik stadionun həyətində kafe, restoran, park, avtomobil dayanacağı var. Ən önəmlisi isə odur ki, bu stadionda ilk beynəlxalq oyun Türkiyə - Azərbaycan matçı olacaq. Qarşılaşma iyunun 2-nə təyin edilib.

Türkiyə mətbuatında “Kadir Has”a ot döşəndikdən sonra, yəni hazır vəziyyətdə fotoları dərc olunub. İlk dəfə yayımlanan bu şəkilləri təqdim edirik.
0