“Bakı”nın transfer etmək istədiyi futbolçunun evi qarət olunub - FOTO
17.02.2009 - 17:51
“Bakı”nın transfer etmək istədiyi futbolçunun evi qarət olunub - FOTO
Dövrələrarası fasilədə “Bakı” klubunun “Fənərbaxça”dan almaq istədiyi Tümər Mətinin evi qarət olunub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin İstanbuldakı mənzili soyğunçuluğa məruz qalıb.

Türkiyə yığmasının da şərəfini qoruyan Tümər ötən ay “Bakı”nın təklifini qəbul etməyərək, keçmiş komandası “Larissa” (Yunanıstan) ilə anlaşıb. O, yeni klubunun düşərgəsinə tək yollanıb. Futbolçunun ailəsi İstanbulda qalıb.

Hadisə isə onun həyat yoldaşı Cansu Mətinin bazarda olduğu vaxt baş verib. Oğru və ya oğrular evdə heç kimin olmadığını görüb, əməli fəaliyyətə keçiblər. Evdən Cansuya aid zinət əşyaları, elektrik avadanlıqlar və 1 kompüter aparılıb. Tümərin həyat yoldaşı dərhal polisə xəbər verib. Lakin asayiş keşikçiləri evdə axtarış aparan zaman barmaq izinə rast gəlməyiblər. Araşdırmalar davam edir.
0