Azərbaycan FİSA-nın konqresində təmsil olunub
19.02.2009 - 16:18
Azərbaycan FİSA-nın konqresində təmsil olunub
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) növbədənkənar konqresi keçirilib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, tədbirdə ölkəmiz də təmsil olunub. Belə ki, yığıncaqda AMAF-ın texniki direktoru Leyla Əliyeva iştirak edib.

Ümumiyyətlə, iclasa 46 ölkədən 120 nümayəndə qatılıb. Konqres nümayəndələri FİSA Nizamnaməsi və akademik avarçəkmə üzrə yarış qaydalarına təklif olunan dəyişikliklərə münasibətlərini bildiriblər.
0